22 İyun, 2011
Polşa və Azərbaycan teatrları arasında qarşılıqlı əməkdaşlıq layihəsi

Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Bakıda

Polşanın Adam Mitskeviç adına İnstitutunun əməkdaşı Qoran İnjak Bakıda səfərdə olub. Q.İnjak Azərbaycan teatr prosesi, yaradıcılıq istiqaməti, bədii-estetik səviyyəsi, fəaliyyət prinsipləri ilə tanış olub, bir sıra teatrların tamaşalarını izləyib. 

Bu barədə Simsar.az saytına məlumat verən “Yuğ” Tatrının bədii hissə müdiri Elçin Cəfərov səfəri qarşılıqlı əməkdaşlığa yönəlmiş ilk addımı kimi qiymətləndirib: “Dünya teatr məkanına inteqrasiyanı, qabaqcıl dünya və Avropa teatrları ilə əməkdaşlığı fəaliyyətinin prioritet istiqamət kimi qəbul edən “Yuğ” Dövlət Teatrı A.Mitskeviç adına İnstitutla əməkdaşlığa çox böyük önəm verir. Düşünürük ki, bu İnstitutla əməkdaşlıq Avropanın teatr şəbəkəsinə qoşulmaq üçün yeni imkanlar açacaq”.

Q.İnjak “Yuğ” Dövlət Teatrında «Mən, Məhəmməd Füzuli» səhnə divanı layihəsi çərçivəsində hazırlanan tamaşaları izləyib. HəmçinintTeatrın yaradıcılıq metodu, «Psixosof» poetikası, teatr sənətinin inkişaf tendensiyaları və bu kimi mövzularda fikir mübadiləsi aparılıb.

Qoran İnjakın sözlərinə görə, cari ilin oktyabrında Polşanın Krakov şəhərində keçiriləcək Teatr Xadimlərinin konfransında Azərbaycan teatrları ilə qarşılıqlı əməkdaşlıq məsələsinin konkret detalları müzakirə olunacaq.


Arifə Mikayılova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!