22 İyun, 2011
Azərbaycanlı ailələrini avropalılar dağıdırmış?

Əli Həsənovdan orijinal məntiq

Baş nazirin müavini Əli Həsənov 26 İyun Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Gününə həsr olunan “Narkomanlıqla mübarizə hər birimizin vəzifəsidir” mövzusunda keçirilən konfransda maraqlı fikirləe səsləndirib.

Simsar.az-ın məlumatına görə, Ə. Həsənov Azərbaycanda bu sayın Avropa ölkələri üzrə müqayisə olunmayacaq dərəcədə az olduğunu vurğulayıb: “Lakin son illər Avropaya inteqrasiya prosesi ilə əlaqədar olaraq Azərbaycanda da boşanma hallarının sayı artıb”.

“Təəssüflər olsun ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb. Lakin bu konkret rəqəm deyil, yəqin ki, faktiki say bundan da çoxdur”. APA-nın xəbərinə görə, bunu baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib. 

26 iyunun Beynəlxalq Narkotiklərlə Mübarizə Günü kimi qeyd olunduğunu xatırladan Ə. Həsənov deyib ki, narkotik problemi bütün dünyada müharibədən də təhlükə bir problemdir. Komissiya sədri qeyd edib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb: “Bütün dünya narkotiklərdən istifadəyə qarşı mübarizə aparılmalıdır. Son 2-3 ildə bəzi narkotiklərin istehsalında azalma müşahidə olunub. Bu BMT-nin illik hesabatında qeyd olunub”.

Ə. Həsənov dünyada narkotiklərlə mübarizə modelinin köhnəldiyini də deyib: “Narkotiklərlə bağlı mübarizə üzrə qanunlar sərtləşdirilməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!