21 İyun, 2011
Vaşinqtonda Azərbaycan xalçaları-FOTO

Qarabağ Fondu tədbirlərə başlayıb

Fonddan APA-ya verilən məlumata görə, bu tədbirlər sırasında ABŞ-ın Azərbaycan əsilli tanınmış xalça ustası Davud Zahirpurun xalça salonunda Azərbaycan xalçalarının sərgisi keçirilib. Tədbirdə Azərbaycanın dostu sayılan tanınmış musiqşünas Ceffri Verbax qonaqlara Qarabağ xalçaçılıq məktəbi və bu qədim sənətin Azərbaycanda ənənəsi haqqında məlumat verib. 200-dək ziyarətçinin qatıldığı sərgidə 40-a yaxın xalça nümayiş olunub.

Qarabağ Fondu ABŞ-ın tanınmış Tekstil Muzeyinin hər il keçirdiyi festivalda da gözəl boyanmış Azərbaycan xalçalarını nümayiş etdirib. Səhnənin yaxınlığın qurulan Qarabağ Fondunun pavilyonunda Şərq xalçalarının hazırlanması və istehsalında Azərbaycanın vacib rolu haqqında amerikalı ziyarətçilər üçün təqdimat keçirilib. Bundan başqa Azərbaycan tələbələrinin “Ulduz” rəqs qrupu, “Kardelen” türk rəqs qrupu tərəfindən Azərbaycan rəqslərinin təqdimatı olub.

Fondun Direktoru Diana Altman bildirib ki, yaxın zamanlarda Qarabağ Fondu xalçaçılıq məktəbinin yaradılmasını nəzərdə tutan yeni layihə hazırlayacaq. Bu layihə çərçivəsində Qarabağın işğal olunmamış rayonlarından birində gənc xanımlar üçün xalçaçılıq məktəbi yaradılacaq. Daha sonra ABŞ Tekstil Muzeyi və xalçaçılıq təşkilatları ilə birlikdə bu məktəbdə hazırlanmış Qarabağ xalçaları ənənəvi olaraq geniş ictimayyətə təqdim ediləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!