21 İyun, 2011
Simsiz internetə qoşulma daha da asanlaşdı

«Elcell» və «Hotnet» rouminq əməkdaşlığı «Elcell» abunəçiləri üçün əlavə xidmət kimi təqdim olunur.

Bakı və Abşeron yarımadasında simsiz genişzolaqlı internet-provayder xidmətləri göstərən «Elcell» şirkəti ilə paytaxtda ən böyük «WiFi» şəbəkəsi olan «Hotnet» arasında rouminq üzrə saziş imzalanıb. 
“Hotnet”dən verilən məlumata görə, sazişə əsasən, «Elcell» abunəçiləri «WiFi hotnet» zonasında olarkən şəhərin istənilən mərkəzi küçəsindən internetə şəxsi «Elcell» akkauntları ilə daxil ola biləcək. «WiFi hotnet» zonasına qoşulma «Elcell» modemi olmadan «WiFi» protokolunu dəstəkləyən qurğularla (smartfon, noutbuk, netbuk, planşet kompyuteri və s.) mümkündür.
Qeyd edək ki, «Elcell» və «Hotnet» rouminq əməkdaşlığı «Elcell» abunəçiləri üçün əlavə xidmət kimi təqdim olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!