20 İyun, 2011
Gənc Tamaşaçılar Teatrının mövsümü başa çatdı

Sonuncu tamaşa Kürdəmirdə olacaq

Dövlət Gənc Tamaşaçılar Teatrı 83-cü mövsümünü iyul ayının 6-da Kürdəmir rayon Mədəniyyət evində başa vuracaq. 

Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, kollektiv həmin gün M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşasını nümayiş etdirəcək. Tamaşa Gənc Tamaşaçılar Teatrının bölgələrə qastrol səfəri çərçivəsində göstəriləcək.


Bu ilki teatr mövsümünü başa vuran kollektiv sentyabrın 1-dək növbəti məzuniyyətə buraxılacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!