20 İyun, 2011
Mitinqə çıxdılar və cəzalandılar

İctimai Palatanın aksiyasına çıxanlara iş verildi

İyunun 19-da paytaxtın müxtəlif istiqamətlərində aksiya keçirməyə cəhd edərkən saxlanılan İctimai Palata üzvlərindən bir neçəsinin bu gün məhkəməsi keçirilib.

Bu barədə Simsar.az-a vəkil Əsabəli Mustafayev məlumat verib. O bildirib ki, bu saata qədər Müsavat Partiyasının üzvləri Vahid Abbasov 5, Ramil Baxış 3, AXCP üzvü Elçin Əhmədov isə 5 sutka həbs cəzası alıb. 

Bu partiyanın üzvləri Məmməd İbrahim və Mənsur Cəbrayılzadə isə 60 manat məbləğində cərimə olunaraq, sərbəst buraxılıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!