20 İyun, 2011
KXCP-nin Qurultayının yeri və günü dəqiqləşdi

Qurultay Hüseyn Sarabskli adına Mədniyyət Evində keçiriləcək

Klassik Xalq Cəbhəsi Partiyasının II Qurultayının yeri və vaxtı dəqiqləşib. Partiya özünün ali tədbirini iyunun 24-də, Türklük Günündə Bakının Nəsimi rayonu ərazisində yerləşən Hüseyn Sarabski adına Mədəniyyət Evində keçirəcək. 
Bu barədə Simsar.az-a KXCP Təşkilat Şöbəsinin müdiri Xəzər Teyyublu məlumat verib.

X.Teyyublu onu da bildrib ki, həmin gün saat 9:00-da Qurultay nümayəndələrinin iştirakı ilə Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarı ziyarət olunacaq. Saat 10:00-da isə yuxarıda qeyd olunan ünvanda Qurultay nümayəndələrinin qeydiyyatı başlayacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!