20 İyun, 2011
Medvedyev Putinin yolundan çəkildi

 Dmitri Medvedyev: "Rəqabət son illər həllinə can atdığımız məqsəd və vəzifələrə zərər vura bilər"

Bu barədə “The Financial Times” nəşrinə müsahibəsində prezident Dmitri Medvedyev bildirib. Putin və Medvedyevin eyni zamanda prezidentliyə namizəd ola bilmək ehtimalını dəyərləndirən dövlət başçısı bildirib ki, bu mümkün deyil: “Bunu ən azı bir səbəbə görə təsəvvür etmək çətindir. Mən həmkarım və çoxdankı dostum Vladimir Putinlə eyni siyasi qüvvəni təmsil edirik. Rəqabət son illər həllinə can atdığımız məqsəd və vəzifələrə zərər vura bilər. Buna görə də düşünürəm ki, bu, ölkəmiz üçün yaxşı ssenari olmazdı”. 

Medvedyev ikinci dəfə prezidentliyə namizəd olub-olmayacağı sualını belə cavablandırıb: “Prezident postunda olan istənilən lider ikinci dəfə bu vəzifəyə seçilmək istəyər. Amma onun seçkilərdə iştirak edib-etməyəcəyi başqa məsələdir. Bununla belə Konstitusiya ikinci dəfə seçilməyə imkan verir, bu posta seçilsəm, bəyan etdiyim məqsədlərə - iqtisadiyyat və cəmiyyətin, o cümlədən modernləşməsi üçün əlimdən gələni edəcəyəm”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!