19 İyun, 2011
Motokross üzrə Azərbaycan çempionatı keçirilir

İştirakçılara hər biri 10 dəqiqə olmaqla ümumilikdə 3 şans verilir

Motokross üzrə kişilər arasında növbəti Azərbaycan çempionatı start götürüb. Lökbatanda təşkil olunan yarışın III mərhələsində ümumilikdə 22 bayker mübarizəyə qoşulub. Onlardan 12-si 250, 10-nu isə 125 kub sm-lik motosikillərdə qüvvələrini sınayıblar. İştirakçılara hər biri 10 dəqiqə olmaqla ümumilikdə 3 şans verilir. Bu 3 girişin yekununa əsasən də sonda yarışın qalibi müəyyənləşəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!