19 İyun, 2011
Ordumuzun əsgəri avtomatla özünü vurdu

İntihara cəhd edən əsgərin vəziyyəti ağırdır

Bu gün Müdafiə Nazirliyinin Şəmkir hərbi birləşməsinin Qazax rayonu ərazisində yerləşən hərbi hissəsində intihara cəhd faktı qeydə alınıb.

Simsar.az-ın məlumatına görə, adı çəkilən hərbi hissənin əsgəri Hümbətov Fikrət Rasim oğlu avtomat silahdan çənəsinin altını nişan alaraq atəş açıb. İntihara cəhd edən əsgərin vəziyyəti ağırdır. Müdafiə Nazirliyindən APA-ya faktı təsdiqləyiblər. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!