18 İyun, 2011
Metro qatarlarında kondisioner

Bakı metrosunda qatarlara kondisioner quraşdırılacaq

Simsar.az-ın verdiyi məlumata görə, bunu Bakı Metropoliteninin şöbə müdiri Fuad Tağızadə Abc.az-a açıqlamasında bildirib. O, deyib ki, son illər Bakıda yay fəslinin çox isti keçməsilə əlaqədar olaraq, qatarların bütün vaqonlarında kondisioner quraşdırılacaq: «Artıq kondisionerləri sifariş etmişik. Onlar bütün vaqonlarda, həmçinin maşinist kabinələrində quraşdırılacaq».
F.Tağızadə sərnişinlərin təhlükəsizliyinin təmini üçün metropolitenin bütün stansiyalarında müşahidə kameralarının quraşdırıldığını da söyləyib. «Ümumilikdə 2,5 min kamera quraşdırılıb. Qatarların hər vaqonunda 4, hər stansiyada isə 40-60 kamera var», - deyə şöbə müdiri bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!