18 İyun, 2011
Hərbi parada 8 gün qaldı

Hazırlıq davam edir

Simsar.az-ın məlumatına görə, bu gün texniki hazırlıq çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarə və vertolyotları bu gün paytaxt üzərində təlim uçuşları keçirib.

Uçuşlarda Hərbi Hava Qüvvələrinin bir neçə ədəd Mi-24 tipli helikopteri və bir eskadrilya döyüş təyyarəsi (6 ədəd), həmçinin FHN in Mi17-1V ve Ka-32 helikopterleri iştirak edib.

Təyyarə və helikopterlər paytaxtın mərkəzi hissəsinin üzərindən keçməklə dövrə vurublar.

APA-nın əldə etdiyi məlumatlara görə, parad günü Bakı səmasında Azərbaycan hərbi aviasiyası tərəfindən akrobatik uçuş nümunələri yerinə yetiriləcək.

Parada hazırlıq məqsədi ilə Hərbi Dəniz Qüvvələrinin gəmiləri də hazır vəziyyətə gətirilib.

Gəmilər xüsusi rənglərlə rənglənib, paraddan bir gün öncə Hərbi Dəniz Qüvvələri və Sahil Mühafizəsinin hərbi gəmiləri Bakı buxtasında lövbər salacaq.

Qeyd edək ki, hərbi paradın iyunun 26-da Azərbaycan Silahlı Qüvvələri Günündə keçirilməsi planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!