18 İyun, 2011
Məşhur qapıçı Çexiya gözəli ilə evləndi

Nigah Buffonla Alyonanın yadına 5 ildən sonra düşdü

Yay fasiləsindən istifadə edən daha bir futbolçu subaylığın daşını atıb. Fanat.az xəbər verir ki, İtaliya yığmasının və "Yuventus"un qapıçısı Canluici Buffon evlənib. 
İtaliyalı 33 yaşlı ulduz çex sevgilisi, model və vaxtilə Çexiya gözəli seçilmiş 33 yaşlı Alyona Seredova ilə ailə həyatı qurub. Cütlük artıq 5 ilə yaxındı ki, birgə yaşasa da, münasibətlərini indi rəsmiləşdiriblər. Onların 4 və 2 yaşında 2 övladı da var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!