15 Aprel, 2024
Çingiz Abdullayevin səhhəti ilə bağlı vəziyyət açıqlanıb

Xalq yazıçısı Çingiz Abdullayevin müalicəsi xəstəxanada davam etdirilir, vəziyyəti stabildir. Bunu APA-ya açıqlamasında yazıçının qələm dostu Xalq yazıçısı Natiq Rəsulzadə deyib.

Onun sözlərinə görə, Çingiz Abdullayevin evə buraxılması, güman ki, gələn həftə baş tutacaq: "Sözsüz ki, bununla bağlı qərarı həkimlər verə bilər. Mən ailəsi ilə danışmışam. Yaxşılaşır. Evə buraxılması, dediyim kimi, hesab edirəm, növbəti həftə ola bilər".


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!