17 Yanvar, 2024
Səbuhi Məmmədli vəfat etdi

Tanınmış jurnalist Səbuhi Məmmədli vəfat edib. Simsar.az xəbər verir ki, o, uzun sürən xəstəlikdən sonra bu gecə, 54 yaşında dünyasını dəyişib.

Səbuhi Məmmədli şəkərli diabet, ürək və böyrək çatışmazlığı, ağciyərin pnevmoniyasından əziyyət çəkirdi.

2022-ci ildə jurnalistdə aşağı ətrafların qan damarı mənşəli ağırlaşmış xroniki xəstəliyi aşkarlandı.

Aparılan müalicələrə tabe olmadığı üçün onun sol ayağı, 2023-cü ildə isə sağ ayağı amputasiya edilmişdi.

Allah rəhmət etsin!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!