12 Yanvar, 2024
“Ege Hospital“ məhkəməyə verildi: Bu həkimlərdən təzminat tələb edilir - FOTO

“Ege Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib. Azinforum.az-ın məlumatına görə, klinika barəsində məhkəməyə Abbasov Əbülfət Əsgər oğlu müraciət edib.

Məhkəmədə xəstəxana rəhbərliyi ilə yanaşı, orada çalışan zob həkimi dr. Əliyev Fuad Yusif oğlu, qulaq-burun-boğaz və baş-boyun cərrahı Araz Əliyev də cavabdeh qismində iştirak edəcək.

Əbülfət Abbasov həkimlər barəsində “Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – Maddi və mənəvi ziyanın ödənilməsi” iddiasını qaldırıb.

İşə Nərimanov Rayon Məhkəməsinin hakimi Solmaz Ədilovanın sədrliyi ilə baxılacaq.

 

 

Fuad Əliyev

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!