19 Aprel, 2023
Birinci siniflərə qəbul vaxtı açıqlandı

Mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Bu barədə Simsar.az -a  Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Belə ki, 11 may saat 11:00-dan etibarən elektron portalda uşaqların qeydiyyatı, 15 may saat 11:00-dan etibarən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb seçimi) həyata keçiriləcək.

15 may saat 11:00-dan 31 may saat 18:00-a qədər dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə qəbulla bağlı uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibəyə yazılmaq üçün qeydiyyat aparılacaq.

Bakı Avropa liseyi, Respublika incəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbinin Azərbaycan bölməsi üzrə birinci siniflərinə qəbulla bağlı müsabiqəyə yazılmaq üçün qeydiyyat isə 15 may saat 11:00-dan 27 iyun saat 18:00-a qədər həyata keçiriləcək.

Qeyd edək ki, qəbul prosesi ilə bağlı digər mərhələlər barədə məlumat veriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!