19 Aprel, 2023
Beynəlxalq Olimpiadalar qalibi azərbaycanlı şagird

Allahverdi Yusif Ramil oğlu Avropa - Azərbaycan məktəbinin 3-cü sinif şagirdidir. Riyaziyyat fənnini sevən Yusif bu fənn üzrə keçirilən beynəlxalq olimpiadaların dəfələrlə qalibi olub. Azərbaycanı Beynəlxalq Olimpiadalarada təmsil edən balaca Yusiflə qısa söhbətimizi sizə təqdim edirik.

-Yusif necə oldu ki, beynəlxalq olimpiadalarda iştirak etmək qərarına gəldin?

-Mən riyaziyyatı çox sevirəm, özümü yarıışlarda yoxlamaq istədim. Müəllimlərimin məsləhəti ilə olimpiadalara qatıldım.

-Hansı olimpiadalarda iştirak etmisən?

-ABŞ – da keçirilən Kopernik Olimpiadasinda iştirak edib bürünc medal qazanmışam.  Beynəlxalq STEM Olimpiadasında isə ayrı – ayrı vaxtlarda 1 qızıl, 1 gümüş, 1 bürünc medal qazanmışam. Bundan əlavə Pangea, və Callenge Olimpiadasindalarından da bürünc medallar qazanmışam.

-Yenə olimpiadalara qatılmaq fikrin var?

-Bəli, Almaniyanın Berlin şəhərində keçiriləcək Pangea Olimpiadasının Grand Finalına vəsiqə qazanmışam. Eyni zamanda ABŞ – ın Kopernik və  Fransada keçiriləcək STEAM Olimpiadalarının finallarında iştirak etmək üçün dəvət almışam.

-Yusif böyüyəndə kim olmaq istəyirsən?

-Mühəndis olmaq istəyirəm. İstanbul şəhərinin 4-cü körpüsünü mən tikmək istəyirəm. Mən o körpünü tikəcəm və mənə inanmayanlar o körpüdən keçəndə yıxılacaq...

-Sənə uğurlar arzulayırıq!

 

 


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!