6 Fevral, 2023
Türkiyədə yaşayan azərbaycanlıların nəzərinə!

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.

Yeniavaz.com xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin tvitter hesabında yayılıb.

“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48”, - məlumatda bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!