30 Yanvar, 2023
Şəhid Orxan Əsgərov dəfn edildi

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Simsar.az xəbər verir ki, dəfn mərasimində dövlət və hökumət rəsmiləri, mərhumun ailə üzvləri və yaxınları iştirak edib.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb. Ötən gün Orxan Əsgərovun nəşi və səfirlik əməkdaşları Bakıya təxliyə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!