30 Yanvar, 2023
Pakistanda məsciddə partlayış: Azı 17 ölü, 100-ə yaxın yaralı

Pakistanın Pişəvər şəhərində məsciddə baş vermiş partlayış nəticəsində azı 90 nəfər yaralanıb, 17 nəfər isə həlak olub. Partlayışı kamikadze terroristin törətdiyi güman olunur.

Təhlükəsizlik rəsmilərinin bildirdiyinə görə, hücumçu məsciddə namaz zamanı ön sırada olub və daha sonra bombanı işə salıb. Hazırda yaralılar xəstəxanaya yerləşdirilir, xəsarət alanlardan 13-nün vəziyyəti ağırdır.

Terrora görə məsuliyyəti heç kim üzərinə götürməyib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!