27 Yanvar, 2023
Hacı Şahin Həsənli: "Bu terror aktını qətiyyətlə qınayırıq"

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli bu gün Tehranda Azərbaycan səfirliyinə edilən hücumla bağlı paylaşım edib.

Simsar.az xəbər verir ki, o, paylaşımında cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını istəyib: "İrandakı səfirliyimizə silahlı hücum hamımızın hiddətinə səbəb oldu. Bu terror aktını qətiyyətlə qınayır, Allahdan şəhid olmuş igidimiz Orxan Əsgərov üçün rəhmət, yaralanmış səfirlik əməkdaşları üçün isə şəfa diləyirik. Hamımız bu ağır vəziyyətdə mərdlik nümayiş etdirən diplomatlarımızın yanındayıq. Bu cinayətdə əli olan hər kəsin ən ağır şəkildə cəzalanmasını tələb edirik".

Qeyd edək ki, bu gün Yasin Hüseynzadə adlı İran vətəndaşı Tehrandakı Azərbaycan Səfirliyinə avtomatla hücum edərək mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Daha iki nəfər isə yaralanıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!