20 Dekabr, 2022
“Paşa Holdinq”ə bağlı şirkətin bağında qadın cəsədi tapılıb

Dünən Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən və "Azbadam" şirkətinə məxsus badam bağında qazıntı işi aparılarkən torpağa basdırılmış və sellofana bükülmüş şəkildə olan qadın meyiti aşkar edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı "Qafqazinfo" yayıb.

Məlumatda bildirilir ki, meyitin kimə məxsus olması, kim tərəfindən orada basdırılması, hansı şəraitdə ölməsi və ya öldürülməsi məlum deyil.

Qeyd edək ki, "Azbadam" aktivlərinə görə ölkənin ən böyük şirkəti hesab olunan “Paşa Holdinq”ə bağlıdır. 2016-cı ildə dövlət qeydiyyatına alınan “Azbadam” MMC Qala və Bilgəhdə badam bağlarına sahibdir. Şirkət həmçinin 2021-ci ildə Azərbaycanda ilk dəfə olaraq Badam Emalı Zavodunu istismara verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!