23 Noyabr, 2022
Bakıda müəllim turşudan zəhərlənərək öldü

Bakıda müəllim zəhərlənmədən dünyasını dəyişib. Simsar.az xəbər verir ki, bu barədə müəllimin işlədiyi Məktəb Lisey Kompleksi məlumat yayıb.

Bildirilib ki, 1982-ci il təvəllüdlü Şəfəq Əliyeva pomidor turşusundan zəhərlənib.

Səhhəti pisləşən müəllim xəstəxanaya yerləşdirib. Həkimlərin səyinə baxmayaraq, bir neçə gün sonra Ş.Əliyeva dünyasını dəyişib.

Mərhum ailəli olub, iki övladı var.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!