22 Noyabr, 2022
Yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb. Simsar.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, 9975 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir. Ölkədə son sutka ərzində 2314, hazırkı dövrədək isə 7 361 245 test aparılıb.

Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 428 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 112, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 76, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 195, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 45 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 919 197, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 980, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 873 292, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 390 250, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 675 nəfər təşkil edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!