22 Noyabr, 2022
Putin Soltanovskiyi vəzifəsindən azad etdi

Rusiya Prezidenti Vladimir Putin İvan Soltanovskiyi ölkənin Avropa Şurası yanında daimi nümayəndəsi vəzifəsindən azad edib.Simsar.az- a istinadən xəbər verir ki, Putin bu barədə sərəncam imzalayıb.

Xatırladaq ki, Rusiya cari ilin mart ayında sözügedən təşkilatdan çıxıb. Bu zaman Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçə Rusiyanın təşkilatdan çıxması ilə bağlı məlumat təqdim olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!