22 Noyabr, 2022
Nazirlik Kukla Teatrında yoxlama aparır

Simsar.az xəbər verir ki. Nazirliyin mətbuat katibi Nuridə Allahyarova yoxlama ilə bağlı məlumat yayıb. Onun sözlərinə görə, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən teatrlarda yol verilən pozuntu hallarına dair  nazirliyə müraciətlər daxil olub, həmçinin bu barədə mediada məlumatlar yayılıb: “Bununla bağlı Mədəniyyət Nazirliyinin müvafiq əmri əsasında Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında xidməti araşdırmanın aparılması üçün komissiya yaradılıb.

Xidməti araşdırmanın nəticələri barədə kütləvi informasiya vasitələrinə məlumat veriləcək”.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!