21 Noyabr, 2022
"AZƏRTAC-la bağlı cinayət işi başlanılmayıb" - Baş Prokurorluq

Sosial şəbəkələrdə və bir sıra KİV-lərdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə bağlı cinayət işi başladıldığına dair iddialar yayılıb.

Simsar.az xəbər verir ki, Baş Prokurorluq məsələyə münasibət bildirib. Qurumun Mətbuat xidmətindən verilən məlumata görə, iddialar həqiqəti əks etdirmir.

"Qeyd edilən fakt təsdiq olunmayıb", - Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov 2 gün öncə vəzifəsindən azad olunub. Daha sonra bir sıra media qurumlarında onun korrupsiya əməllərinə görə işdən çıxarıldığına dair iddialar yayılıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!