21 Noyabr, 2022
Rəşad Dağlının ailəsindən müraciət

Meyxanaçı Rəşad Dağlının ailəsi onun sevənlərinə müraciət edib. Simsar.az xəbər verir ki, bu barədə söz ustadının oğlu Yusifin instaqram hesabında video paylaşılıb. Yusif atasının fotosunun köynəklərə vurulmamasını və onunla bağlı digər addımların atılmamasını istəyib:

“Atamla bağlı hər hansı addımın atılmağını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır. Bizə pis təsir göstərir. Dua edin yetər”.

Qeyd edək ki, meyxanaçı İskəndər Mehdiyevə ümumilikdə 14 bıçaq zərbəsi endirərək qətlə yetirib. Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Rəşad barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!