21 Noyabr, 2022
Mingəçevirdə iki azyaşlı uşaq xilas edildi

Mingəçevir şəhəri M.Axundov 7, mənzil 3 ünvanında iki azyaşlı uşaq bağlı qapı arxasında qalıb. Simsar.az xəbər verir ki, bununla bağlı saat 09:40-da Mingəçevir Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub.

DYMX, təcili yardım stansiyası və Şəhər polis şöbəsinin əməkdaşları hadisə yerində olublar. DYMX əməkdaşları binanın pəncərəsindən evə daxil olaraq bağlı qapını açıb və uşaqları xilas ediblər.

Uşaqların səhhəti yoxlanılıb və heç bir təhlükə olmadığı bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!