18 Noyabr, 2022
Azərbaycanda deputat vəfat edib

Coğrafiyaçı alim, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nazim Bababəyli vəfat edib. Simsar.az xəbər verir ki, o, 69 yaşında dünyasını dəyişib. Nazim Səfərəli oğlu Bababəyli 28 may 1953-cü ildə Naxçıvan şəhərində anadan olub. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində Coğrafiya kafedrasının müdiri olan Nazim Bababəyli həm də “Naxçıvan” universitetində müəllim kimi çalışırdı. Əsasən aerokosmik tədqiqatlar, coğrafi və geoloji ekologiyaya həsr olunmuş 180-ə qədər məqalənin, o cümlədən 6 monoqrafiyanın, ali məktəblər üçün bir neçə proqramın müəllifidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!