15 Noyabr, 2022
Azər Ayxanın rəhbəri olduğu sayt fəaliyyətə başladı

Əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu yeni sayt bu gündən fəaliyyətə başlayır. Bakupost.az bildirir ki, yeni sayt Globalinfo.az adlanır.

Sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.

Azər Ayxan saytımıza bildirib ki, Globalinfo.az Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək.

Sayt müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək.

Globalinfo.az-da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer veriləcək.

Qeyd edək ki, Azər Ayxan 1991-ci ilin noyabrından mətbuatdadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub. Bu il iyulun 6-da tutduğu vəzifədən istefa verib.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!