31 Oktyabr, 2022
Qoca Səmədov Mərkəzi Gömrük Hospitalına köçürüldü

Yevlaxın həbsdə olan sabiq icra başçısı Qoca Səmədovun vəziyyəti yenidən pisləşib.

Simsar.az xəbər verir ki, APA-nın əldə etdiyi xəbərə görə, bir müddətdir Pentensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan sabiq icra başçısı Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Məlumatı Qoca Səmədovun vəkili Elnur Vəliyev təsdiq edib: "Qoca Səmədovun vəziyyəti yenidən kəskin şəkildə pisləşdiyindən həkim müayinəsindən keçirilib və müalicəsinin davamı üçün Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Müvəkkilim həkimlərin tövsiyəsi ilə son bir il ərzində 3 dəfə ürək əməliyyatı keçirib".

Xatırladaq ki, Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay azadlıqdan mərhumetmə cəzası təyin olunub. Hazırda onun çəkilməmiş 2 il cəza müddəti qalıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!