27 Oktyabr, 2022
Rauf Arifoğlu: “Çingiz Abdullayev jurnalistdən üzr istəməlidir”

“Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”. Bunu Bakupost.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş direktoru, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Rauf Arifoğlu deyib.

O, Xalq yazıçısının jurnalistə verdiyi cavabı qeyri-etik adlandırıb. Jurnalistin ünvanladığı sualda isə heç bir yanlışlıq olmadığını vurğulayıb:

“Mən bu nümunədə jurnalistdə heç bir günah, yanlışlıq görmürəm və onun verdiyi sual da etika çərçivəsində idi. Çingiz Abdullayevin cavabı isə qeyri-etik, təhqiramiz və yanlış idi. Hesab edirəm ki, Çingiz Abdullayev təhqir etdiyi jurnalistdən üzr istəməlidir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!