29 İyul, 2022
Ruslan Məmmədov "Karapapak Fight club & Promotion"ın birinci vitse-prezidenti seçilib
28 iyul 2022-ci il tarixində "Karapapak Fight club & Promotion"ın növbəti iclası keçirilib. Klub rəhbərliyinin qərarına əsasən tanınmış iş adamı Ruslan Xudaverdi oğlu Məmmədov "Karapapak Fight club & Promotion"ın birinci vitse-prezident vəzifəsinə təyin edilib.
R.Məmmədov 8 yanvar 1988-ci ildə Almaniyanın Podstam şəhərində anadan olub. O, 2015-ci ildə öz geyim fabrikasını açaraq “Mario Russo” brendini yaradıb. Onun geyimləri dünyanin müxtəlif ölkələrində, eləcə də Azərbaycanda tanınır. Ailəlidir, 3 övladı var.
Qeyd edək ki, R.Məmmədov hər zaman idmançılara maddi və mənəvi dəstək göstərib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!