28 İyun, 2022
Cüneyt Arkın vəfat etdi

Türkiyəli aktyor Cüneyt Arkın 85 yaşında dünyasını dəyişib. Bu barədə “CnnTurk” məlumat yayıb.

Əsl adı Fəxrəddin Cürəklibatır olan C. Arkın 500-ə yaxın film və serialda rol alıb. Məşhur aktyor “Malkoçoğlu”, “Batdal Gazi”, “Kara Murat” səhnə adları ilə böyük populyarlıq qazanıb.

O, əsasən “Yeşilçam”ın əfsanəvi ulduzları Türkan Şoray, Hülya Koçyiğit, Fatma Girik və Filiz Akınla layihələrdə yer alıb.

Qeyd edək ki, C. Arkın sonuncu dəfə bu ilin yanvarında vəfat edən həmkarı Fatma Giriklə bağlı hönkürə-hönkürə ağlayaraq verdiyi açıqlaması ilə gündəm olmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!