17 İyun, 2011
ETO’O İNTERDƏN AYRILA BİLƏR

İnterin kamerunlu ulduz futbolçusu Samuel Eto verdiyi açıqlamada yaxın zamanlarda klubdan ayrıla biləcəyini açıqladı.

İnterin təcrübəli hücumçusu Samuel Eto verdiyi açıqlamada klubdan ayrıla biləcəyini və gələn mövsümdən etibarən Premyer Liqada forma geyinə biləcəyini dilə gətirdi.

II Corriere dello Sport-a verdiyi müsahibədə ulduz futbolçu: “Hal-hazırda bir neçə təklif almışam. Onları dəyərləndirməyə çalışıram. Bir ay ərzində İnterdə qalacağıma, ya da Premyer Liqaya gedəcəyimə qərar verəcəm.” Sözlərini söylədi.

Xatırladaq ki, futbolçunun hazırki klubu ilə 2014-cü ilə qədər müqaviləsi mövcuddur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!