24 Fevral, 2022
Rusiyanın Ukraynaya hücumu: dəhşətli müharibə kadrları

Xəbər verildiyi kimi, bu gün səhərə yaxın Rusiya Ukraynaya qarşı genişmiqyaslı hərbi müdaxiləyə başlayıb.

Hücumun ilk saatlarında planlaşdırıldığı kimi, Ukraynanın əsas hərbi infrastrukturuna, aerodromlara, hava hücumundan müdafiə sistemlərinə, silah-sursat anbarlarına şiddətli raket-bomba zərbələri endirilir. Bu zaman intensiv şəkildə “Kalibr” qanadlı raketlərindən və “İsgəndər-M” operativ-taktiki raketlərindən istifadə olunur, o cümlədən Rusiyanın strateji bombardmançıları ölkənin dərinliklərindən, Ukraynanın hava məkanına daxil olmadan uzaqmənzilli qanadlı raketlərlə zərbələr endirirlər. Habelə dənizdən Odessaya desant çıxarılıb, havadan isə Xarkov şəhərinə desant atılıb. Desant dəstələri əsas dövlət binalarını tutur və orada partlayışlar törədir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!