24 Fevral, 2022
Zelenski Ukraynada hərbi vəziyyət elan etdi

Ukraynada hərbi vəziyyət elan edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yerləşdirdiyi videoda bildirib.

“Biz bütün ölkədə hərbi vəziyyət tətbiq edirik”, - dövlət başçısı qeyd edib.

Qeyd edək ki, daha əvvəl Ukrayna Ali Radası Prezident Volodimir Zelenskinin ölkə ərazisində (Donetsk və Luqansk vilayətləri istisna olmaqla) fövqəladə vəziyyət rejimi tətbiq etməklə bağlı imzaladığı fərmanı təsdiq edib. Müvafiq qərarın lehinə 335 deputat səs verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!