17 İyun, 2011
Yol polisindən sərt davranışlar davam edir

Reydlər səngimir

BDYPİ respublikanın müxtəlif yerlərində reydlər keçirir

Baş Dövlət Yol Polisi İdarəsi bu gündən etibarən respublikanın istirahət mərkəzlərinə və kurort zonalara gedən yollarda reydlərə başlayıb. İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Kamran Əliyev Simsar.az-a açıqlamasında bu gündən etibarən başlayaraq, həftənin son 3 günündə reydlərin aparılacağını bildirib: “İlkin olaraq bu tip reydləri iyun ayının sonuna kimi nəzərdə tutmuşuq. Lakin yəqin ki, istirahət yerlərinin ətrafında aparılacaq reydlər yay-istirahət mövsümünün sonunadək davam edəcək”. 


K.Əliyev onu da qeyd edib ki, reydlərdə əsasən sürücülərin avtomobili sərxoş halda idarə etməsi, sürət həddinin aşılması, ötmə-keçmə qaydalarının pozulması, həmçinin yüksək səsyayıcı vasitələrdən istifadə və digər hallara xüsusi diqqət yetiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!