31 Yanvar, 2022
“Karapapak Fight Club”-dan növbəti peşəkar boks gecəsi
Azərbaycan Peşəkar Boks Federasiyasının dəstəyi və “Karapapak Fight Club & Promotion”-un təşkilatçılığı ilə Azərbaycanda növbəti dəfə peşəkar boks üzrə reytinq döyüşləri baş tutub.
"Karapapak Fight Club & Promotion"-dan  Simsar.az - a erilən xəbərə görə, gecənin açılışını “Karapapak Fight Club & Promotion”-un prezidenti Aqil Acalov edib. O, yarış iştirakçılarını salamladıqdan sonra bildirib ki, bu cür reytinq döyüşlərinin keçirilməsində məqsəd ölkəmizdə peşəkar boksçuların yetişdirilməsi, həmçinin onların bu cür döyüşlərlə təcrübə qazanmaqlarını təmin etməkdir.
Gecədə yüngül, orta və ağır çəki dərəcələrində yeddi döyüş keçirilmişdir. Baş tutmuş bütün döyüşlər boksçuların reytinq qeydiyyatına əlavə olunmuşdur.
Beləki “Karapapak Fight Club & Promotion” Peşəkar Boks Federasiyası tərəfindən rəsmi olaraq qeydiyyata alınmış və lisenziya əldə etmiş təşkilatdır və bu təşkilat tərəfindən keçirilən döyüşlərdə boksçuların əldə etdikləri uğurlar “BoxRec” tərəfindən tanınaraq onların reytinq cədvəlinə əlavə olunur.
Qeyd edək ki, bu “Karapapak Fight Club & Promotion” tərəfindən keçirilən ilk beynəlxalq tədbir deyil. Təşkilat bundan əvvəl də bu cür tədbirlərin təşkilatçısı olmuşdur və irəlidə də davamlı olaraq bu cür tədbirlər təşkil etməyi planlaşdırır. Baş tutmuş sözügedən tədbir pandemiya qaydalarına uyğun olaraq tamaşaçısız təşkil edilsə də, gələcəkdə pandemiyanın bitəcəyi zamanlarda şou xarakterli döyüş gecələrinin keçirilməsi də planlaşdırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!