19 Yanvar, 2022
Nərimanov və Abşeron rayonlarının icra başçıları DƏYİŞDİ

Abdin Ələsgər oğlu Fərzəliyev Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.

Abdin Ələsgər oğlu Fərzəliyev Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Lent.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

***

İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Lent.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!