6 Dekabr, 2021
Türkiyədə 4,9 ballıq zəlzələ oldu

Türkiyənin Van vilayətində 4,9 bal gücündə zəlzələ baş verib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD)  xəbər verir ki, zəlzələ Vanın Tuşba adlı bölgəsində qeydə alınıb. Zəlzələ yerin 7,62 kilometr dərinliyində meydana gəlib.

Daxili işlər naziri Süleyman Soylu ölkənin müvafiq qurumlarına zəlzələnin fəsadı ilə bağlı hər hansı məlumat daxil olmadığını bildirib.

Bununla belə, zəlzələ nəticəsində bir neçə binada çatlar əmələ gəlib.

Qeyd edək ki, dekabrın 2-si Tuşbada daha bir zəlzələ baş vermişdi.(qafqaz)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!