28 Oktyabr, 2021
İsmayıllıda zəlzələ oldu

Azərbaycanda zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 08:00-da İsmayıllı rayonunda, Pirqulu stansiyasından 17 km cənub-qərbdə İsmayıllı ərazisində 3 maqnitudada zəlzələ qeydə alınıb. Yeraltı təkanların ocağı 13 kilometr dərinlikdə yerləşib.

Zəlzələ hiss olunmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!