25 Oktyabr, 2021
Xudat Məscidi bərbad vəziyyətdə: sakinlər ərazinın satıldığını iddia edir

" 20 ildir ki, məscidi bağlayıblar. Bəhanə gətirdilər ki, guya qəzalı binadır, təmirə bağlayırıq. Nə təmir etdilər, nə də imkan vermirlər ki, öz vəsaitimiz hesabına məscidi düzəltdirək”.

Xudat şəhəri Axundov küçəsində yerləşən Mərkəzi Cümə Məscidi 2001-ci ildən bağlanıb. Şəhər sakinlərinin dediyinə görə, 1995-ci ildə inşa olunan məscid gözlənilmədən bağlanıb.

“Buranı işlək formada bağladılar. Bizə dedilər ki, məscidin tavanı və döşəməsi sıradan çıxıb. Divarlarında isə iri çatlar əmələ gəlib. Bu səbəbdən də məscidi təmirə bağlayırıq. Məscidin həyətində, həndəvərində təmizlik işləri aparırıq ki, xarabaya çevrilməsin. Amma içəri girib, namaz qıla bilmirik. Bağlandıqan sonra isə məscidin həyətindəki torpaq sahələri satılmağa başlandı. Bura geniş bir ərazi idi”, - deyə şikayətçi Yusif Əmirbəyov belə deyir.

Yerli camaatın bildirdiyinə görə, illərdir yararsız olan məscidin müqəddəratıyla heç bir qurum maraqlanmır. Bu səbəbdən də yerli sakinlər qonşu kənddəki məscidə üz tuturlar. Onlar ibadət evinin tezliklə təmir olunmasını istəyirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!