18 Oktyabr, 2021
Zəfər Günü Azərbaycanda Amnistiya gözlənilir - KİV

“8 Noyabr” Zəfər Günü ərəfəsində Azərbaycanda növbəti Amnistiya aktı qəbul ediləcək.

Bu barədə gununsesi.info saytı məlumat yayıb. Bildirilib ki, hazırda Amnistiya layihəsi üzərində hökumətdə iş gedir. Layihə işlənilib bitdikdən sonra Milli Məclisin müvafiq komitəsinə göndəriləcək.

Xatırladaq ki, ölkədə sonuncu dəfə amnistiya aktı 2016-cı ildə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May – Respublika günü münasibətilə verilib. Həmin Amnistiya aktı 10 min şəxsi əhatə edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!