17 İyun, 2011
Yenə “Uembli”

2013-cü ildə də Çempionlar Liqasının finalı bu stadionda olacaq

İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionu 2013-cü ildə də Çempionlar Liqasının final matçının keçiriləcəyi arena olacaq. 

Simsar.az-ın məlumatına görə, bu barədə UEFA prezidenti Mişel Platini açıqlama verib. 

Platini bildirib ki, bu qərar 2 il sonra İngiltərə Futbol Assosiasiyasının (FA) 150 illik yubileyini qeyd edəcəyi ilə əlaqədar verilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!