9 Avqust, 2021
Ordumuzun leytenantı həlak oldu

Avqustun 9-u səhər saatlarında Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin poliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı bədbəxt hadisə baş verib.Müdafiə Nazirliyindən verilən məlumata görə, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub. Hadisənin səbəbləri araşdırılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!