27 İyul, 2021
"AZZA"-dakı tortlar plastikdir, köhnədir? - İDDİA

Simsar.az xəbər verir ki, bu barədə məşhur müğənnu Nura Suri paylaşım edib. Onun sözlərinə görə "AZZA" qabaqlar yüksək xidmət göstərsə də, son zamanlar bu tendensiya dəyişib: ""AZZA" şirniyyat mağazasından bir neçə dəfə status yazmışam, göstərdikləri servisi tərifləmişəm. Amma son zamanlar adi marketlərdəki şirniyyatın keyfiyyəti Azzada satılan şirniyatlardan daha yaxşıdır. Dünən axşam məhləmizdəki (Babək pr) Azzadan Davidin dayəsi tort aldı. Davidin bu gün ad günüdür. Tort plastik dadırdı həm qoxusu, həm də dadı köhnə. Alınandan 10 dəqiqə sonra getdi ki, qaytarsın. Mağazada deyiblər köhnə deyil üstündə tarix yazılıb həmin tarixə kimi keçərlidir. (Absurd bir cavab) O da tortu qoyub mağazada qalxıb evə. Hələ telefon nömrəsi də veriblər ki, sabah zəng edib iradınızı bildirərsiniz. Mən də etmədim tənbəllik yığdım o nömrəni. Ev telefonu ilə də, mobil telefonla da cavab verən olmadı, baxmayaraq ki, növbə yox idi. Yəni, mən 1-ci idim. İnsanlara qarşı bu münasibət nədir axı? Bu nə hörmətsizlikdir alıcıya qarşı?!"

Mövzunu diqqətdə sqxlayacağıq!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!