26 İyul, 2021
İndoneziyada 5,9 ballıq zəlzələ olub

İndoneziyanın mərkəzi hissəsində 5,9 bal gücündə zəlzələ baş verib.  “İnterfaks” xəbər verir ki, zəlzələ Gorontalo şəhərinin 190 km cənub-qərbində, Tomini körfəzində qeydə alınıb.

Həmçinin, yeraltı təkanlar Sulavesi adasının sahillərindən təqribən 30 km məsafədə olub.

Bununla yanaşı, zəlzələ təkanların intensivliyi baxımından “dağıdıcı” olaraq qiymətləndirilib.(qafqazinfo)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!